Kateqoriyalar
Mikroavtobusla pendir satmaq üçün Abaşi bazarına gedən ər-arvad yolda quldur dəstəsinin hücumuna məruz qalıb.
Aktual.ge xəbər verir ki, hadisə Sameqreloda baş verib.
Belə ki, maskalı şəxslər nəqliyyat vasitəsinin önünü kəsərək, minib sözügedən şəxslərdən üzərilərində olan pul və mobil telefon tələb ediblər. Daha sonra isə onları meşəyə apararaq, əl-qolunu bağlayıb ərazidən uzaqlaşıblar. Orta yaşlı kişi çətinliklə mikroavtobusdan düşərək, kömək istəmək üçün maqistral yola çıxıb.
Hazırda ər-arvad polis bölməsindədir və hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verirlər. Hazırda iş üzrə heç kim həbs edilməyib. Polis hər yerdə cinayət hadisəsini törədənləri axtarır.