Qəzzada müharibə başlayandan bəri ən güclü bombardman edildi
04.12.2023 10:24
355
Dünya
A
Qəzzada müharibə başlayandan bəri ən güclü bombardman edildi

Müvəqqəti atəşkəsin sona çatmasından sonra İsrail ordusu Qəzzada yenidən hücumlara başlayıb.

Aktual.ge xəbər verir ki, İsrail ordusu qüvvələrini anklavın şimalına doğru hərəkət etdirib

Qəzzada müharibənin cənuba da sıçradığını bildirən İsrail Baş Qərargah rəisi Herzi Halevi yeni quru əməliyyatı üçün siqnal verib. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder "Hazırda Qəzzanın cənubunda müharibənin ən pis bombardmanını və kütləvi uşaq itkilərini gördüklərini" bildirib.

"İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Bu döyüşlər anklavın şimal hissəsində olduğu kimi intensiv şəkildə aparılacaq" , - Herzi Halevi söyləyib.

ŞƏRH YAZ
16