Dekabrın 4-də Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək. Dekabrın 5-7-də ölkənin bəzi rayonlarında hava şəraitinin yağışlı olacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Tbilisidə dekabrın 4-5-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 6-7-də isə yağış yağacağı, havanın temperaturunun gün ərzində +11, +13 dərəcəyədək enəcəyi gözlənilir.
Dənizkənarı şəhərlərdə Batumi, Kobuleti, Anaklia və Potidə dekabrın 4-də havanın isti və yağmursuz keçəcəyi, dekabrın 5-7-də isə bir qədər yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə dekabrın 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 6-7-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcəyə enəcək.
Kaxeti bölgəsində isə - Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda dekabrın 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 6-7-də yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcəyə enəcək.