04.12.2023 11:11
448
Siyasət
A
"Milli Hərəkat"da istefalar başladı

“Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri Qiorqi Kirtadze və Mirdat Kamadadze partiyanı tərk ediblər.

Aktual.ge xəbər verir ki, bundan əlavə Batumi Şəhər Şurasında “Milli Hərəkat”ın 13 üzvündən 7-si partiyanı tərk edib. “Milli Hərəkat”ın Batumi təşkilatının digər nümayəndələri də partiyadan çıxmaq barədə qərar qəbul ediblər.

“Milli Hərəkat”ın keçmiş üzvləri yeni təşkilat yaratmaqdan, Nika Melia ilə əməkdaşlıqdan danışmasalar da, siyasi fəaliyyətlərini və mübarizələrini yeni platformada davam etdirəcəklərini deyiblər.

ŞƏRH YAZ
7