“Hazırda Qəzzanın qəssabına çevrilən Netanyahu, müharibə cinayətkarı olmaqdan əlavə, Miloseviç kimi Qəzza qəssabı kimi mühakimə olunacaq”.
Aktual.ge xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə edib.
"İsrailin hücumlarında 16 mindən çox şəhid və 36 mindən çox yaralı var. Şəhid olan hər üç nəfərdən ikisi uşaq, qadın və körpədir. Qlobal təhlükəsizlik üçün yaradılmış BMT hətta öz işçilərini İsrail barbarlığından qoruya bilmir. İsrail qətliyamı sürətləndirdi, müqavimət göstərən Qəzzanı salamlayıram. Qərb ölkələri daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir. Qərb kor və kardır. Beynəlxalq media qurumları öldürülən həmkarları üçün bir cümlə belə deyə bilmir. Bunlar bizə illərlə demokratiya və hüquqdan danışdılar" , - deyib Rəcəb Tayyib Ərdoğan.