Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kartof idxalı 6 dəfə artıb, ixrac isə 5 dəfə azalıb
04.12.2023 14:30
370
Siyasət
A
Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kartof idxalı 6 dəfə artıb, ixrac isə 5 dəfə azalıb

Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kartof idxalı 6 dəfə artıb, ixrac isə 5 dəfə azalıb.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin 10 ayında Gürcüstandan 4710 ton (1289 milyon ABŞ dolları), ötən ilin eyni dövründə 23301 ton (5174 milyon ABŞ dolları) kartof ixrac edilib.

Bundan əlavə, 2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstan digər ölkələrdən 22 550 ton (7 568 milyon ABŞ dolları), 2022-ci ilin 10 ayında isə 3 820 ton (2 107 milyon ABŞ dolları) məhsul idxal edib.

Eyni məlumatlara əsasən məlum olur ki, bu il Gürcüstana kartofu 1 kiloqramı orta hesabla 33 sentə idxal edilib, məhsulun 1 kiloqramı isə orta hesabla 27 sentə ixrac edilib.

Bu il kartof alıb satdığımız ölkələrin siyahısını təqdim edirik.


Yanvar-oktyabr aylarında Gürcüstandan kartof cəmi 5 ölkəyə ixrac edilib:

Azərbaycan - 3278 ton (709,4 min ABŞ dolları)

Rusiya - 1176 ton (493,4 min ABŞ dolları)

Ermənistan - 135 ton (44,6 min ABŞ dolları)

Belarus - 84,5 ton (30,7 min ABŞ dolları)

Ukrayna - 36,4 ton (11,4 min ABŞ dolları)

Kartofun idxal edildiyi ilk 5 ölkə:

Rusiya - 8,335 ton (2,245 milyon ABŞ dolları)

Belarus - 7,535 ton (2,043 milyon ABŞ dolları)

Misir - 1606 ton (608,9 min ABŞ dolları)

Ukrayna - 1342 ton (369,4 min ABŞ dolları)

Almaniya - 1180 ton (1185 milyon ABŞ dolları)

ŞƏRH YAZ
6