2024-cü ilin iyulun 1-dən müəllimlərin maaşı orta hesabla 500 lari artacaq
04.12.2023 14:30
763
Siyasət
A
2024-cü ilin iyulun 1-dən müəllimlərin maaşı orta hesabla 500 lari artacaq

2024-cü ilin iyulun 1-dən müəllimlərin maaşı tam dərs yükü halında orta hesabla 500 lari artacaq

Aktual.ge xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Qiorqi Amilaxvari hökumət administrasiyasında keçirilən brifinqdə açıqlayıb.

“Bizim üçün ən vacib istiqamətlərdən biri ümumi təhsilin inkişafıdır. Bu baxımdan ən vacibi müəllimlərin maaş siyasətinin təkmilləşdirilməsidir. İqtidarımız dövründə müəllimlərin maaşında təxminən 200 faiz artım olub və bu göstərici daha da artacaq.Bu istiqamətdə işlər aparılır. Bütün maraqlı tərəflər prosesdə iştirak edirlər” – deyə Amilaxvari açıqlayıb.

Nazir yeni əməkhaqqı siyasəti çərçivəsində bütün müəllimlərin maaşının artırılacağını bildirib. O, qeyd edib ki, müəllimlər son illərlə müqayisədə 4 dəfə, 5 dəfə çox maaş alacaqlar.

 

ŞƏRH YAZ
5