Azərbaycanın həndbol yığması bu gün Gürcüstana gəlir
04.12.2023 17:31
198
Siyasət
A
Azərbaycanın həndbol yığması bu gün Gürcüstana gəlir

18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bu gün Gürcüstana gəlir.

Aktual.ge xəbər verir ki, məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır.

Bir neçə gündür Bakıda fiziki və texniki-taktiki plan üzrə məşqlərdə iştirak edən U-18 hazırlığın ikinci mərhələsini Gürcüstanda keçəcək. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək.

Qeyd edək ki, U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.

ŞƏRH YAZ
1