BÖYÜK ŞOK - Marneulidə məktəb direktoru azyaşlını vəhşicəsinə döyüb – FOTO
13.10.2020 17:23
4269
Kriminal
A
BÖYÜK ŞOK - Marneulidə məktəb direktoru azyaşlını vəhşicəsinə döyüb – FOTO
Marneuli rayonunun Ulaşlı kəndində ictimai məktəb direktoru 11 yaşlı uşağı döyüb. Bu barədə Aktual.ge xəbər portalına Ulaşlı kənd məktəbinin 5-ci sinif şagirdinin babası Kərimov Şirkan məlumat verib. Onun dediyinə görə, 11 yaşlı 5-ci sinif şagirdi nəvəsi Kərimov Elsəvər Ulaşlı məktəbinin direktoru Əhməd Hacıyev tərəfindən sərt şəkildə şiddətə məruz qalıb. Ş.Kərimov deyib: "Uşaqlar öz arasında dalaşırmış məktəbin direktoru Əhməd Hacıyev gəlib aralayıb, nəvəmin ürək nahiyyəsinə vurub və boynundan tutub divara vurub. Bu hadisə ötən gün (12 oktyabr -red) baş verib, ancaq mənim hadisədən bu gün xəbərim oldu, nəvəm özünü narahat hissedirdi və mən elə 112-ə zəng edib şikayətimi bildirdim. Hazırda nəvəm Marneuli bolis idarəsində dindirilmədədir". O əlavə edib ki, Marneuli polis idarəsinin rəisi mənə dedi ki, narahat olma lazım gələn bütün müvafiq tədbirlər görüləcək.
ŞƏRH YAZ
8