SON DƏQİQƏ! Ulaşlıda məktəb direktorunun şagirdi döyməsi ilə əlaqədar DİN-dən açıqlama gəldi
13.10.2020 22:22
1320
Kriminal
A
SON DƏQİQƏ! Ulaşlıda məktəb direktorunun şagirdi döyməsi ilə əlaqədar DİN-dən açıqlama gəldi
Kvemo Kartli bölgəsinin Marneuli rayonunun Ulaşlı kəndində baş vermiş zorakılıq hadisəsi ilə əlaqədar istintaq açılıb. Aktual.ge xəbər portalı ötən gün Marneuli rayonunun Ulaşlı kəndində məktəb direktorunun 5-ci sinif şagirdini döyməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlayıb. DİN-dən verilən məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq başlayıb. Məlumat üçün bildirək ki, 12 oktyabr tarixində Marneuli rayonunun Ulaşlı kəndinin məktəb direktoru Əhməd Hacıyev 5-ci sinif şagirdi 11 yaşlı Kərimov Elsevərə qarşı fiziki zorakılıq tətbiq edib.
ŞƏRH YAZ
6