Gürcüstan yığması Azərbaycana qalib gəldi
13.10.2020 23:30
119
İdman
A
Gürcüstan yığması Azərbaycana qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Gürcüstan-Azərbaycan yığmaları Avropa çempionatının seçmə mərhələsində növbəti matç baş tutub. Aktual.ge-nin verdiyi məlumata görə, sözügedən matçın qalibi Gürcüstan olub. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilmiş qarşılaşmada Gürcüstan 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Giorgi Quliaşvili fəqlənib. 76-cı dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Gürcüstan bu nəticədən sonra 12-ci xalını qazanıb, Azərbaycan isə 6 xalda qalıb. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada da Gürcüstan qalib gəlib - 3:0.
ŞƏRH YAZ
1