Algetidə yeni gənclər mərkəzi fəaliyyətə başlayıb
14.10.2020 11:23
228
Mədəniyyət
A
Algetidə yeni gənclər mərkəzi fəaliyyətə başlayıb
Marneuli rayonunun Algeti kəndində “Milyonluq Fond”un maliyə dəstəyi ilə yeni “Algeti Gənclər Mərkəzi” fəaliyyətə başlayıb. Bu barədə Aktual.ge xəbər portalına Algeti Gənclər Mərkəzindən məlumat verilib. “Layihənin məqsədi Algeti ərazi birliyində yaşayan 18-29 yaş arası gənclərin bacarıqlarının inkişafı üçün davamlı bir platforma yaratmaq və bu ərazidə qərar alma prosesində gənclərin aktiv şəkildə iştirak etməsini təmin etməkdir. Milyonluq Fond” qrant müsabiqəsi gənclər təşkilatlarını gənclərin sahəsində əsas aparıcı kimi gücləndirməyi hədəfləyir və bu da qeyri-rəsmi təhsil yolu ilə bölgədə yaşayan gənclər üçün əsas imkanları təmin edəcəkdir”,- deyə verilən məlumatda qeyd olunub.
ŞƏRH YAZ
0