İranda general Qasım Süleymaninin məqbərəsi yaxınlığında bir-birinin ardınca bombalı hücumlar baş verməsi 103 nəfərin ölümünə, 211 nəfərin isə yaralanmasına səbəb olarkən ölkə başçısı sərt açıqlama verib.
Aktual.ge xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi bombalı hücumların səbəbkarları və planlaşdıranlarının ən qısa zamanda müəyyən edilərək cəzalandırılacağını bildirib.
"İran döyüş meydanında terrorizm və zorakılığın kökünü kəsməkdə əvvəlkindən daha qətiyyətlidir" , - deyən İran lideri sözlərinə belə davam edib:
"Şübhəsiz ki, bu qorxaq hərəkətin qara ürəkli failləri və başçıları ən qısa zamanda təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən müəyyən ediləcək və bu mənfur hərəkətə görə cəzalandırılacaqlar. Düşmənlər bilməlidirlər ki, bu cür hərəkətlər İran xalqının öz İslami ideallarını müdafiə etmək üçün dəmir əzmini heç vaxt poza bilməz".
Nə baş verib?
2020-ci ilin yanvarında İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar anma mərasiminin keçirildiyi Kirman vilayəti qəbiristanlığa gedən yolda ard-arda iki partlayış baş verib. Baş verən partlayışlarda 103 nəfər həyatını itirib, 211 nəfər yaralanıb. İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.
Qasım Süleymani kimdir?
Qasım Süleymani 1957-ci ildə İranın Kirman vilayətində anadan olub. O, 1979-cu ildə İran İslam İnqilabından sonra yaradılmış SEPAHA qoşulub. SEPAH-ın “Qüds Gücü Komandiri” kimi rəsmi mövqeyindən kənarda hərbçi, hətta bəzən siyasi xadim kimi görünən və İran xaricində hərbi-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Süleymani həm də İran siyasətibub Yaxın Şərqdə baş memarı kimi tanınırdı.