Ermənistanın hərbi texnikası qalmadığından dolayı Samtsxe-Cavaxetiyadan 3 dənə
15.10.2020 20:08
1579
Hadisə
A
Ermənistanın hərbi texnikası qalmadığından dolayı Samtsxe-Cavaxetiyadan 3 dənə "UAZ" və pul göndərilib
Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin sakinləri Ermənistan Respublikasının Müdafiə Nazirliyinə üç ədəd UAZ avtomobili bağışlayıblar. Aktual.ge xəbər verir ki, bu barədə "Cavaxk Vəqfi" məlumat yayıb. "Cavaxk Vəqfin"dən olan gənclərdən biri Karen Papikyan Facebook-da canlı yayımda sözügedən "Vəqfə" bağış sayəsində iki UAZ avtomobilinin alındığını, digərinin isə ermənilər tərəfindən Axaltsixedən bağışlandığını və bununla da üç maşınının Ermənistana göndərildiyini bildirib. Xatırladaq ki, onlar bundan əvvəl də Samçxe-Cavaxetiya bölgəsindən 269 min 130 ​​dollar məbləğində vəsait toplayaraq "Ümumerməni Fondu"na köçürmüşdülər. Sözügedən "Vəqf"in üzvlərindən biri Aşot Nakhatakyan deyib ki, biz yardımın toplanmasının ikinci turuna başlamışıq və artıq kifayət qədər pul toplamışıq. Məlumat üçün qeyd edək ki, 9 oktyabr tarixində Azərbaycan Dövlət başçısı İlham Əliyev xalqa müraciətində xüsusi olaraq qeyd etmişdi ki, aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət götürülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev 27 sentyabr tarixindən bəri Azərbaycan Ordusu tərəfindən Ermənistanın məhv edilən və qənimət olaraq ələ keçirilən hərbi texnikanı belə sadalamışdı: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 “Kalçuqa” anteni. Azərbaycan Ali Baş Komandanı qənimət kimi götürülmüş hərbi texnikanı isə belə sadalamışdı: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını. İ.Əliyev əlavə etmişdi ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur.
ŞƏRH YAZ
4