Rövşən İskəndərov Təzəkənd kəndinə yol çəkilməsi münasibətilə qurban kəsib - Başlamış olduğum işi layiqincə yerinə yetirirəm
15.10.2020 20:52
1879
Hadisə
A
Rövşən İskəndərov Təzəkənd kəndinə yol çəkilməsi münasibətilə qurban kəsib - Başlamış olduğum işi layiqincə yerinə yetirirəm
Marneuli bələdiyyəsinin Sadaxlı Ərazi Birliyinin deputatı Rövşən İskəndərov sözügedən vahidliyə aid olan Təzəkənd kəndinə yolun çəkilməsi ilə əlaqədar qurban kəsib. Aktual.ge məlumat verir ki, o, artıq 3 ildir ki, bu günkü günü gözlədiyini ifadə edib. "Mən 3 ildir çalışıram ki, Təzəkənd kəndinə yol çəkilsin və bu kəndin əhalisi heç bir maneə olmadan rahat şəkildə avtomobilləri ilə bu yoldan istifadə etsinlər. Bu gün Allaha çox şükür ki, niyyətimə çatdım və bununla əlaqədar bu gün bu qurbanı kəsirəm. Sevinirəm ki, başlamış olduğum işi layiqincə yerinə yetirirəm və kənd əhalisinin qarşısında başım uca olur", - deyə R.İskəndərov qeyd edib.
ŞƏRH YAZ
2