Ədliyyə naziri:
05.02.2024 18:06
427
Siyasət
A
Ədliyyə naziri: "Saakaşvilinin səhhəti yaxşılaşıb, hamımız buna sevinirik"

"Onun səhhəti yaxşılaşıb. Təbii ki, hər birimiz buna sevinirik".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Ədliyyə naziri Rati Breqadze "Viva Med" klinikasında müalicə alan Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili haqqında danışarkən deyib.

"Biz həmişə demişik ki, onun sağlamlığının ən yaxşı vəziyyətdə olması üçün can atırıq və hər şeyi etmişik, indi də bunu edirik və etməyə də davam edəcəyi" , - nazir əlavə edib.

Nazir eks-prezidentin yenidən həbsxanaya mümkün köçürülməsinədə münasibət bildirib.

"Köçürülməyə gəlincə, bunu dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, onun cəzaçəkmə müəssisəsinə köçürülməsinin tövsiyyə olunduğu barədə həkimlər tərəfindən təsdiqlənəndən sonra müvafiq qərar veriləcək”, - Rati Breqadze söyləyib.

ŞƏRH YAZ
6