Saakaşvili müxalifəti prezidentliyə vahid namizəd irəli sürməyə çağırıb
06.02.2024 22:55
274
Siyasət
A
Saakaşvili müxalifəti prezidentliyə vahid namizəd irəli sürməyə çağırıb

Mixeil Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürmələrini təklif edib.

Aktual.ge xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin edir: “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, - Saakaşvili bildirib.

O, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Qeyd edib ki, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə önəmli məqamdır:

“Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn seçkilərdə Gürcüstanı onun caynağından xilas etmək lazımdır”.

M.Saakaşvili İrakli Qaribaşvilinin əvəzinə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin baş nazir təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib.

ŞƏRH YAZ
1