Diqqət! bu qadağalar bu gün saat 22:00-dan qüvvəyə minir
16.10.2020 10:38
2086
Sağlamlıq
A
Diqqət! bu qadağalar bu gün saat 22:00-dan qüvvəyə minir
Bu gün paytaxt Tbilisi və İmeretidə bölgəsində saat 22:00-dan etibarən restoranların və bütün əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq. Aktual.ge xəbər verir ki, müvafiq qərar Baş nazir Giorgi Qaxaria tərəfindən dünənki hökumət iclasında qəbul edilib. "Qərara gəldik ki, 16 oktyabr tarixindən etibarən Tbilisi və İmeretidə restoranların və bütün əyləncə mərkəzlərinin fəaliyyəti axşam saat 22:00-a qədər məhdudlaşdırılsın", - bildirib G.Qaxariya hökumət iclasından sonra keçirdiyi brifinqdə. Hökumət başçısının sözlərinə görə, bu məhdudlaşdırılma koronavirusun yayılmasının qarşısını almağa imkan yaradacaq. "Görünür ki, yaxın günlərdə yoluxma sayı 1000-i keçəcək. Bu səbəbdən yeganə həll yolunun məhdudiyyətlər olduğunu fikirləşirik ancaq hər kəs bunun yetərli olmadığını başa düşməlidir. Hamımızın öz məsuliyyətimiz var və bu məsuliyyət hökumətə, səlahiyyətlilərə və eləcə də həm özəl həm də dövlət təşkilatlarına aiddir", - deyə Baş nazir vurğulayıb.
ŞƏRH YAZ
2