Kateqoriyalar
"Mən bu məsuliyyətin öhdəsindən layiqincə gələcəm”.
Aktual.ge xəbər verir ki, bunu İrakli Kobaxidze 8 fevral tarixində Parlamentin ona Baş nazir kimi etimad göstərməsinin ardından ilk açıqlamasında söyləyib.
Yeni Baş nazir bildirib ki, “Dərhal” iş rejiminə keçəcək.
Hökumət başçısı postunu tutmaq keyfiyyətcə fərqli məkandır, fərqli fəaliyyət sahəsidir, böyük məsuliyyətdir və təbii ki, mən bu məsuliyyəti layiqincə üzərimə götürəcəyəm. Təbii ki, yaxın vaxtlarda biz dərhal iş rejiminə keçəcəyik. Görüləsi çox iş var, başlamaq lazımdır. Bir daha deyirəm ki, biz bundan sonra da ölkəmizin, Gürcüstan hökumətinin qarşısında duran bütün vəzifələr üzərində lazımi məsuliyyətlə çalışacağıq”, - deyə İrakli Kobaxidze qeyd edib.