Qanunsuz odlu silah və sursat saxlayan 20 nəfər saxlanılıb - VİDEO
11.02.2024 14:26
784
Kriminal
A
Qanunsuz odlu silah və sursat saxlayan 20 nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq-əməliyyat hərəkətləri nəticəsində son dövrlərdə Tbilisi şəhərində və rayonlarda qanunsuz olaraq odlu silah-sursat saxlayan, 20 nəfər saxlanılıb, 1 nəfər isə ifşa edilib.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, cinayət 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin yaşadığı mənzilə baxış zamanı müxtəlif növ odlu silahlar, patronlar və gilizlər götürüblər.

“Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq davam etdirilir”, - məlumatda deyilir.

ŞƏRH YAZ
5