Qanlı hadisə: Orta yaşlı kişi amansızca öldürülüb
12.02.2024 00:59
1180
Kriminal
A
Qanlı hadisə: Orta yaşlı kişi amansızca öldürülüb

Tbilisidə ağır qətl hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, "Oğru dünyası" ilə əlaqəsi olan şəxs orta yaşlı kişini paytaxtın Avlabari rayonunda, evinin yaxınlığında odlu silahdan 13 dəfə açdığı atəşlə öldürüb.

Cani onu baş və boyun nahiyyəsindın güllələyib.

Yerli mətbuat yazır ki, cinayəti törədən, kriminal aləmlə bağlantısı olan şəxs bir neçə ay əvvəl həbsxananı tərk edib.

Hadisənin bu mərhələdə təfərrüatları məlum deyil. Polis faktla bağlı araşdırma aparır. Cinayəti törədən şəxs hələ saxlanılmayıb.

ŞƏRH YAZ
5