İsti havalar bu tarixə qədər davam edəcək - RƏSMİ
12.02.2024 01:39
860
Maraqlı
A
İsti havalar bu tarixə qədər davam edəcək - RƏSMİ

Fevralın 15-dək ölkədə isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, gün ərzində havanın temperaturu düzənliklərdə və bəzi yerlərdə +17, +22 dərəcəyədək yüksələcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirilib ki, 15 fevrala qədər Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Batumi, Kobuleti, Anaklia və Potidə havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

ŞƏRH YAZ
4