Polis iki qardaşı qəsdən adam öldürməkdə ittiham edərək saxlayıb
12.02.2024 11:06
271
Siyasət
A
Polis iki qardaşı qəsdən adam öldürməkdə ittiham edərək saxlayıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş iki nəfər qardaşları: 1987-ci il təvəllüdlü E.B. və 1985-ci il təvəllüdlü K.Q-nı saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər bu il fevralın 11-də Tbilisidə tanışı - 1977-ci il təvəllüdlü F.K.-nı aralarında fikir ayrılığı zəminində öz evinin yaxınlığında əvvəlcə döyüblər,  sonra isə ov tüfəngindən atəş açaraq öldürüblər və hadisə yerindən qaçaraq gizləniblər.

Təqsirləndirilən şəxslər isti izlərlə saxlanılıb. Polis cinayətin silahını -  ov tüfəngini sübut kimi götürüb.

Qeyd edək ki, cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

ŞƏRH YAZ
0