Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötüb
12.02.2024 11:21
166
Siyasət
A
Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötüb

2023-cü ildə Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26,2% (856,7 milyon dollar) artaraq 4,1 milyard dollara çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873,67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1,5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1,01 milyonunu beynəlxalq turistlər təşkil edib.

ŞƏRH YAZ
4