Baş nazir hökumətin yeni tərkibini təsdiqləyib
12.02.2024 13:52
299
Siyasət
A
Baş nazir hökumətin yeni tərkibini təsdiqləyib

Baş nazir İrakli Kobaxidze hökumətin ilk iclasında Nazirlər Kabinetinin və hökumət administrasiyasının tərkibi ilə bağlı dəyişiklikləri açıqlayıb.

Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, dəyişikliklər hökumət idarəçiliyinə də təsir edib.

"Baş nazirin birinci müavininin səlahiyyətləri iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə həvalə olunacaq. Ona uğurlar arzulayıram. Mədəniyyət naziri Tea Tsulukiani və müdafiə naziri İrakli Çikovani baş nazirinin müavinləri təyin olunublar.Mixail Peikrişvili hökumətin strateji kommunikasiyalar departamentinin rəhbəri olacaq", - Baş nazir vurğulayıb.

 

ŞƏRH YAZ
6