Piyadanı avtomobillə vuraraq köməksiz vəziyyətdə qoymaqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin əməkdaşı Tamaz Braçuli barəsində həbs qətimkan tədbiri seçilib.
Aktual.ge xəbər verir ki, Qori rayon məhkəməsinin hakimi Qermane Dadeşkeliani vəkilin təqsirləndirilən şəxsin 20 min lari girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Qeyd edək ki, fevralın 6-na keçən gecə Duşeti şəhərinin girişində yol-nəqliyyat hadisəsi baş verib. İş materiallarına görə, şəxsi avtomobili ilə hərəkətdə olan Tamaz Braçuli yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq, avtomobilin təhlükəsiz hərəkətini təmin etməyib və piyadanı vurub. İttiham tərəfi iddia edir ki, bundan sonra sürücü piyadanı həyati təhlükəsi olan vəziyyətdə qoyub, hadisə yerindən qaçaraq maşını gizlədib.