Ötən axşam Marneulidə 1 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri ortaya çıxdı - VİDEO
16.10.2020 11:37
1260
Hadisə
A
Ötən axşam Marneulidə 1 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri ortaya çıxdı - VİDEO
Marneuli rayonunun Baydar kəndində ötən axşam bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Aktual.ge-nin verdiyi xəbərə görə, qəza nəticəsində avtomobil təmircisi Tsereteli kənd sakini yüksək surətlə ağaca cırpılaraq dünyasını dəyişib. Belə ki, Marneuli rayonunun Tsereteli kəndində avtomobil təmircisi ötən axşam təmir etdiyi "BMW 3 series 36" markalı avtomobili test etmək üçün sürürmüş, ancaq yüksək surətlə o, Baydar kəndində ağaca cırpılıb və nəticədə həyata gözlərini yumub. Yol qəzasının 15 oktyabr təqribən saat 23:00 radələrində baş verdiyi öyrənilib. Qəza hadisəsindən sonra təqribən 3 saat ərzində Fövqaladə Hallar İdarəsinin əməkdaşları onun nəşini maşından çətinliklə çıxarıblar. Kadrlardan da görüldüyü qədəri ilə maşın tamamilə yararsız hala düşüb. Faktla bağlı araşdırma davam edir.
ŞƏRH YAZ
3