Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq
19.02.2024 01:19
311
Sağlamlıq
A
Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq

Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq.

Aktual.ge xəbər verir ki, hökumət müvafiq təşəbbüs üzərində işləyir.

Gürcüstan hökumətinin parlamentin 2024-cü il yaz sessiyası üçün nəzərdə tutulan qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub ki, Daxili İşlər Nazirliyi “DNT məlumatlarının vahid məlumat bazasının yaradılması haqqında” qanun layihəsini hazırlamaq niyyətindədir. 

“Qanunvericilik təşəbbüsünə uyğun olaraq, itkin düşmüş şəxslərin müəyyən edilməsi, cinayətlərin qarşısının alınması, cinayətlərin üstünün açılması və ona qarşı səmərəli mübarizənin aparılması məqsədilə DSX Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunda vahid DNT məlumat bazası yaradılacaq, hansı ki, burada genetik məlumatlar saxlanılacaq.

DNT məlumatlarının məcburi profilləşdirilməsinə məruz qalan subyektlərin siyahısı da müəyyən ediləcək və istənilən şəxs öz DNT məlumatlarını məlumat bazasında qeydiyyatdan keçmək üçün könüllü olaraq təqdim edə biləcək”, - sənəddə deyilir.

Bundan əlavə, hökumətin parlamentə göndərdiyi plandan da göründüyü kimi, qanun layihəsinin qəbulu dövlət büdcəsindən əlavə xərclərin - təxminən 13 milyon lariyə qədər vəsaitin ayrılacağı planlaşdırılır.

ŞƏRH YAZ
4