14 yaşlı qız qoşulub qaçıb: Polis hərəkətə keçdi
25.02.2024 00:51
1373
Hadisə
A
14 yaşlı qız qoşulub qaçıb: Polis hərəkətə keçdi

9-cu sinifdə oxuyan qız ailə həyatı qurmaq üçün 21 yaşlı oğlanla qaçıb. Azyaşlı qızın atası övladının təhsil aldığı məktəbə gedərək onun artıq təhsilini davam etdirə bilməyəcəyini rəhbərliyə bildirib.

Aktual.ge xəbər verir ki, bütün bunlar Tbilisinin dövlət məktəblərindən birində baş verib. 

Məlumatlara görə, yanvarın 27-dən yeniyetmə məktəbə getməyib. Məktəb rəhbərliyi məsələ ilə bağlı polisi  məlumatlandırıb.

"Yeniyetmə məktəbə gəlmədiyinə görə atasına zəng vurub soruşduq. İlk dəfə bizə həqiqəti demədi, yenidən əlaqə saxladıqda ata məktəbə gələrək, qızının evləndiyi barədə ərizə yazdı. Biz "112"ə zəng etdik, məlumat verdik, uşağın 14 yaşı var” , - məktəb rəhbərliyi bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə 16 yaşa çatmamış şəxslə cinsi əlaqəni nəzərdə tutur. Cinayət 7-dən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
2