Novruz bayramı günü Azərbaycan dilli məktəblərdə istirahət günü olacaq - RƏSMİ
27.02.2024 19:30
584
Mədəniyyət
A
Novruz bayramı günü Azərbaycan dilli məktəblərdə istirahət günü olacaq - RƏSMİ

İctimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva keçən il olduğu kimi bu il də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə 21 mart tarixinin istirahət günü elan edilməsi ilə bağlı Təhsil, Elm və Gənclər Nazirliyinə müraciət ünvanlayıb.

Aktual.ge xəbər verir ki, nazirlik sözügedən müraciətə cari ilin 21 fevral tarixində müsbət cavab verib.

Nazirliyin cavab məktubunda deyilir:

“Gürcüstan prezidentinin 23 mart 2010-cu il tarixli 187 saylı fərmanına əsasən, Novruz bayramının qeyd edilməsi ilə əlaqədar olaraq martın 21-i Gürcüstanda bayram günü elan edilib (qeyri-iş günü deyil). Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə 21 Mart dövlət və özəl məktəblərində istirahət günü elan edilib, hansı ki, bu hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıbdır. Bu məktəblər martın 21-ni istirahət günü elan etmək səlahiyyətlərinə malikdir və onların müraciəti əsasında istirahət gününə razılıq veriləcək.

Fürsətdən istifadə edərək, qardaş azərbaycanlılara dərin ehtiramımızı bir daha bəyan edir və milli varlığın qorunub saxlanması, daha da inkişaf etdirilməsi yolunda sizə bundan sonra da dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə Nazirliyin cavab məktubunda qeyd olunub.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

ŞƏRH YAZ
0