Marneulidəki silahlı insidentin YENİ DETALLARI
28.02.2024 13:01
2362
Kriminal
A
Marneulidəki silahlı insidentin YENİ DETALLARI

Ötən gün, 27 fevral Marneulinin Candar kəndində silahlı insident baş verib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, orta yaşlı kişinin vəziyyəti stabildir və o, ötən gün klinikadan buraxılıb.

Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Candar kəndində "Volkswagen" minik avtomobili ilə hərəkətdə olan orta yaşlı kişiyə 3 dəfə odlu silahdan atəş açıb.

İddialara görə, hadisə kriminal aləmlə ilə əlaqədardır və atəş açan naməlum şəxs hədəfi öldürmək niyyəti daşımırmış, sırf qorxudmaq məqsədi ilə edib. Digər versiyaya görə isə hadisə qisas zəmnində baş verib. Belə ki, 2019-cu ilin 10 oktyabr tarixində Marneulinin Rustaveli küçəsindəki çayxanalardan birində əyləşən iki nəfəri naməlum şəxs kənardan gələrək ayaq nahiyyələrindən güllələyib. 

Cinayəti törədən şəxs və ya şəxsləri polis ötən gündən bəri ölkənin hər yerində axtarır. Hadisə ilə bağlı polis Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaqı davam etdirir.

ŞƏRH YAZ
2