
Kateqoriyalar
Rustavi Şəhər Məhkəməsi Prokurorluğun təqdim etdiyi sübutları təmin edib və təqsirləndirilən şəxsi Bolnisidə baş vermiş xüsusi amansızlıqla həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilib.
Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edək ki, məhkəmə ona ömürlük həbs cəzası verib.
" 2023-cü il sentyabrın 26-da Bolnisi şəhərində təqsirləndirilən şəxs qısqanclıq və qisas zəminində azyaşlı övladlarının iştirakı ilə həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib”, - məlumatda deyilir.