Gənc qız ölü tapıldı
28.02.2024 15:18
1054
Siyasət
A
Gənc qız ölü tapıldı

Tbilisidə 22 yaşlı qız öldürülüb.

Aktual.ge xəbər verir ki, gənc qadının meyiti səhər saatlarında evinin qarşısındakı çuxurdan tapılıb.

Ailə üzvləri qızın dünən gecə saat 2 radələrində evdə olduğunu, lakin onun nə vaxt və nə üçün evdən çıxdığını bilmirlər. Güman edirlər ki, qıza gecə saatlarında telefonla zəng edilib.

Hazırda polis hadisə yerinə səfərbər olunub. İstintaq 108-ci, qəsdən adam öldürmə maddəsi ilə başlayıb.

ŞƏRH YAZ
8