Fərqi yoxdur, seçkiyə Rusiya müdaxilə edəcək, Avropa İttifaqı ya Amerika- Papuaşvili
28.02.2024 20:41
227
Siyasət
A
Fərqi yoxdur, seçkiyə Rusiya müdaxilə edəcək, Avropa İttifaqı ya Amerika- Papuaşvili

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici donor təşkilatları, o cümlədən Avropa İttifaqının təsis etdiyi “Avropa Demokratiya Fondu”nu parlament seçkilərinə müdaxilədə ittiham edir. Onun sözlərinə görə, müdaxilənin Rusiya, Avropa İttifaqı və ya Amerika ərazisindən olmasının fərqi yoxdur, buna son qoyulmalıdır.

Aktual.ge xəbər verir ki, o, gizli sxemin iştirakçıları olan donor təşkilatları maliyyələşdirməni dayandırmağa çağırıb.

“Müxalifət partiyaları qeyri-qanuni ianələr almaq üçün saxta “Engeo” vasitəsilə sxem yaradıblar. Qeyri-qanuni ianədir və qeyri-qanunidir. Burada söhbət xaricdən maliyyələşmədən gedir. Əslində, müşahidə etdiyimiz odur ki, müxalifətin böyük bir hissəsi birbaşa xaricdən maliyyələşir. Nəzərə alsaq ki, seçki ilindəyik, bu, Gürcüstan seçkilərinə xarici müdaxiləyə bərabərdir.

Bu seçkilərdə gözlənilən təhlükələrdən biri də xarici müdaxilədir. Bu təhlükə ilk növbədə Rusiyadan gəlir, təbii ki, amma vurğulayıram ki, müdaxilənin haradan gəldiyinin heç bir əhəmiyyəti yoxdur. Rusiyanın müdaxiləsi olacaq, Rusiya ərazisindən müdaxilə, Avropa İttifaqının və ya Amerika Birləşmiş Ştatlarının ərazisindən olacaq, istənilən müdaxilə gürcü xalqının seçkilərinə müdaxilədir və bu, rus üslubudur”, - Papuaşvili bildirib.

ŞƏRH YAZ
6