
Paytaxtın Lilo qəsəbəsində 21 yaşlı Keti Cavaxişvili əlləri məftillə bağlı vəziyyətdə ölü tapılıb.
Aktual.ge İpn-ə istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.
Yerli sakinlərdən biri jurnalistlərlə söhbətində bildirib ki, günahkar olduğu iddia edilən şəxs həmin qəsəbənin sakinidir. Bundan başqa, versiyalardan birinə görə, adıçəkilən şəxs 21 yaşlı qızdan pul tələb edirmiş.
“Onun əlləri məftillə bağlanıb, şikəst edilib. Məncə ev adamlarıdır, yaxınlıqdakı binada yaşayandan şübhələnirlər, o oğlan pul tələb edirdi, məncə, belə danışırlar. Bu qızın telefonu sınmış vəziyyətdə tapılıb”, - deyə qonşu bildirib.
Qətlə yetirilən şəxsin qohumunun dediyinə görə, ehtimal ki, qıza gecə saatlarında zəng edilib, bundan sonra Keti Cavaxişvili evi tərk edib.
Məlumat üçün bildirək ki, 21 yaşlı Keti Cavaxişvili bu gün səhər saatlarında Tsenubanidəki evinin yaxınlığında qətlə yetirilib. Küt əşya ilə xəsarət alan qız çuxura atılıb.
Hüquq-mühafizə orqanları cinayəti törədən şəxsin kimliyini artıq müəyyən edib və onun tutulması istiqamətində ölkə ərazisində əməliyyat-axtarış tədbirləri davam etdirilir.