Kateqoriyalar
Almaniyada aptekdən eynəklər və 50 avro dəyərində tibbi məhsul oğurlayan gürcü saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, 33 yaşlı gürcü 42 yaşlı ortağı ilə birlikdə apteklərin birindən bir neçə yüz avro dəyərində eynək oğurlayıb. Daha sonra isə, yaxınlıqdakı aptekə gedərək 50 avro dəyərində tibbi məhsul oğurlayıb. Soyğunçuluq edən şəxs yerindəcə saxlanılıb, ortağı isə gizlənib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən soyuq silah tapılıb. İstintaq silahlı soyğunçuluq maddəsi ilə aparılır. Məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib.