Qaribaşvili uzun bir aradan sonra kameralar qarşısına keçib sərt açıqlama verdi
02.03.2024 14:53
758
Siyasət
A
Qaribaşvili uzun bir aradan sonra kameralar qarşısına keçib sərt açıqlama verdi

"Uşaqlarımızı, nəvələrimizi, gənc nəslimizi bu zərərli, antimilli, anti-insani təbliğatdan qorumaq lazımdır".

Aktual.ge xəbər verir ki, bunu keçmiş Baş nazir, hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili Acarada LGBT əleyhinə təbliğat haqqında qanun layihəsi haqqında danışarkən söyləyib.

İqtidar partiyasının lideri kameralar qarşısında jurnalistlərə konkret deyib ki, LGBT təbliğatı ilə bağlı qanun layihəsi qəbul edilməlidir.

“Dünyada baş verənlərə baxın, hansı tendensiya hökm sürür. Bütün dünyada cilovsuz kampaniya, cilovsuz təbliğat gedir. Transgenderləri uşaq bağçalarına, məktəblərə gətirirlər və uşaqlara deyirlər ki, cinsinizi bəyənmirsinizsə, onu dəyişə bilərsiniz. Bu gün həyəcanlı vəziyyət yaranıb. Bu barədə komandada müzakirə apardıq və parlament çoxluğu bu təşəbbüslə çıxış etdi. Düşünürəm ki, ictimaiyyət bunu düzgün başa düşəcək. Necə ki, biz o vaxt ayrı-seçkiliyə qarşı qanunu qəbul etdik, o zaman mən konstitusiyada nikah anlayışının müəyyənləşdirilməsi, sonra konstitusiyaya nikah anlayışının qadınla kişi münasibəti kimi yazılması təşəbbüsünü səsləndirdim. Bunlar çox ciddi yanaşma tələb edən məsələlərdir”, - İrakli Qaribaşvili qeyd edib.

ŞƏRH YAZ
10