Parlamentin sədri ötən axşam VMH Batumidəki mitinqinə sərt münasibət bildirdi - Bu, ölkəyə və cəmiyyətə qarşı edilmiş hərəkətdir
17.10.2020 11:25
889
Siyasət
A
Parlamentin sədri ötən axşam VMH Batumidəki mitinqinə sərt münasibət bildirdi - Bu, ölkəyə və cəmiyyətə qarşı edilmiş hərəkətdir
"Milli Hərəkat" vətəndaşları təhlükəsizlik qaydalarına riayət etmədən Batumiyə yığdı. Bu öz ölkə və cəmiyyətlərinə qarşı edilmiş hərəkətdir". Aktual.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bununla əlaqədar olaraq yaxın iki həftə ərzində Acarıstana həkim və tibbi xidmətlərin səfərbər edilməsi daha çox lazım olacaq. "Səhiyyə işçilərinin gərgin əməyi nəticəsində Acarıstandakı Covid19 hallarını sabitləşdirdiyimiz bu vaxtda 'Milli Hərəkat' vətəndaşları təhlükəsizlik qaydalarına riayət etmədən Batumiyə yığıb. Bu, öz ölkəsinə və cəmiyyətinə qarşı edilmiş hərəkətdir! Xüsusilə yaxın iki həftə ərzində Acarıstana (və digər regionlara, çox güman ki, əhalinin bir hissəsi digər şəhərlərdən gətirilmişdi) böyük ehtimalla həkim və tibbi xidmətlərin səfərbər edilməsi, səylərin ikiqat artırılması daha da lazım olacaq. Bu partiyanın hərəkətləri göstərir ki, insanlar onlar üçün sıfır dəyərə bərabərdir və qisas almaq üçün öz tərəfdarlarını qurban verəcəklər. Bu səbəbdən də insanlara vəd edilən hər şey yalandır”, - deyə A.Talakvadze qeyd edib. Xatırladaq ki, müxalif "Vahid Milli Hərəkat" ötən axşam Batumidə tərəfdarları ilə mintiq keçirərək Acarıstan bölgəsinin majoritar millət vəkili namizədlərini təqdim edib.
ŞƏRH YAZ
3