Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib
17.10.2020 14:18
249
Dünya
A
Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib
"Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub". Aktual.ge xəbər verir ki, bu barədə Report-a Azərbaycanın “Azərenerji” ASC-dən məlumat verilib. Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.
ŞƏRH YAZ
3