
Kateqoriyalar
Azərbaycanın Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.
Aktual.ge xəbər verir ki, "Lexsus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.
Məlumatlara görə, hadisə gürcüstanlı diplomatların ölkəyə qayıtdığı zaman, təxminən saat 20:00 radələrində qeydə alınıb.
Xəstəxanaya çatdırılan 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-ci il təvvəlüdlü Todua Yalinin vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.