Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı mini ötdü
18.10.2020 11:13
255
Sağlamlıq
A
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı mini ötdü
Gürcüstanda son sutkada daha 1 192 nəfərə koronavirus diaqnozu qoyulub, 233 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 17 477-yə, sağalanların sayı 8 060-a, dünyasını dəyişənlərin sayı isə 136-ya çatıb. Hazırda karantində 6 300, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 388 nəfər xüsusi otellərdə müalicə olunur.
ŞƏRH YAZ
5