Xatia Dekanoidze:
18.10.2020 11:20
156
Siyasət
A
Xatia Dekanoidze: "Dövlət Təhlükəsizlik Xidməti qanunsuz olaraq qərargahımıza girib" FOTO
"Dövlət Təhlükəsizlik Xidməti avadanlıq quraşdırmaq məqsədilə qanunsuz olaraq qərargahımıza girib". Aktual.ge xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat"ın İsani üzrə Majoritar namizədi Xatia Dekanoidze sosial şəbəkədə yazıb. Xatia Dekanoidzenin sözlərinə görə, DTX avadanlıq qurmaq üçün qərargaha daxil olub. “Gecə biz qərargahdan çıxanda gənclərimiz orada qalmışdı. Qəfildən işıq sönüb və gənclər otağımda və damda səs eşidiblər. Dərhal üçüncü mərtəbəyə qalxsalar da orada olan hər kim idisə qaçmışdı. Baş qərargahımıza və otağıma qanunsuz olaraq giriblər. Kimin nə üçün girə biləcəyi isə aydındır. Damda və otağımda ayaq izləri var. DTX avadanlıq quraşdırmaq məqsədi ilə yenidən qərargahımıza girib", - deyə Xatia Dekanoidze "Facebook"da yazıb.
ŞƏRH YAZ
4