Qiorqi Qaxaria:
18.10.2020 12:46
2128
Siyasət
A
Qiorqi Qaxaria: "Bizi qarşıda çoxlu təxribat gözləyir"
"Qarşımızda bir çox təxribat var ancaq bizim əsas məqsədimiz qələbəmizə kiminsə kölgə salmasına imkan verməməkdir". Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Xobidə "Gürcü Arzusu"nun Xobi, Poti və Senaki üzrə majoritar millət vəkili namizədi İrakli Xaxubianın təqdimatı mərasimində bəyan edib. Baş nazirin bildirib ki, insanların yaşadığı Tbilisidə, Xobidə, Batumidə və ya Zuqdididə heç bir fərq olmamalı, hər yerdə bərabər şərtlər olmalıdır. Bununla Avropaya addım atmalıyıq. Məqsədimiz budur. Biz yollardan, içməli sudan, məktəblərdən, uşaq bağçalarından, xəstəxanalardan söhbət edəndə məqsəd insanların yaşadığı Gürcüstanda, Tbilisidə, Xobidə, Batumidə və ya Zuqdididə heç bir fərq olmaması, hər yerdə bərabər şərait olması idi. Xobidə bir çox infrastruktur layihəsi həyata keçirildi. Buna nümunə olaraq hazırki bu meydanı göstərə bilərəm. Görülmüş bu işlərə baxmayaraq biz daha çox işə başladıq. Xobi Bələdiyyəsində qazlaşdırma artıq başa çatır. Xobidə içməli su təchizatı məsələsi tənzimlənsə də kanalizasiya sistemi yoxdur və 2021-ci ildə buna mütləq başlamalıyıq. Qazlaşdırma davam etdirilməlidir. Gürcüstan Hökuməti 3 illik qazlaşdırma planını 2021-ci ildə başa çatdıracaq və artıq qazın fiziki olaraq çatdırıla biləcəyi Gürcüstanın yaşayış məntəqələri və kəndlərinə qaz tədarükünü tam təmin edəcək. Kəndlərdə içməli su problemləri də var. Əsas yollar az-çox qaydasındadır, daxili kənd yolları da problemdir, bununla belə içməli su daha çox gözə dəyir. Suvarma sahəsində bir çox işlər görülür və Xobidə kənd təsərrüfatının inkişafı ən vacib sahələrdən biridir. Güzəştli Aqrokredit "Gürcüstana İstehsal Et"in müxtəlif proqramları burada yaxşı işləyir və yaxşı istifadə olunur", - deyə Baş nazir çıxışında bildirib. Qiorqi Qaxaria Çaladidi-Poti yolunun xarici işıqlandırılması üçün tender elan edildiyini və bu layihənin yaxın vaxtlarda həyata keçiriləcəyini də qeyd edib. "Burada yerli rəhbərlərinizin nümayəndələri ilə danışdıq. Sameqrelo tərəfindən bilinən yol təhlükəsizliyi baxımından ən problemli olan Çaladidi-Poti yoludur və bununla əlaqədar olaraq işə yaxın gələcəkdə mütləq başlayacağıq. Bu işin rayonlar üçün nə qədər vacib olduğunu dərk edirik. Bütün bunlar bizə Xobi və Sameqreloda hər bir vətəndaşımız üçün rahat, layiqli şərait yaratmaq imkanı verir. Bu, bizim əsas məqsədimizdir və hamımız birlikdə elə etməliyik ki, vətəndaşlarımız hər yerdə ləyaqətlə çalışsınlar və ailələrinin qayğısına ləyaqətlə qalsınlar. Bunun üçün 31 oktyabrda qələbəyə ehtiyacımız var. Əlbətdə bu qələbəni birlikdə qazanacağıq ancaq bu qələbə ədalətli və ləyaqətli olmalıdır. Bir çox təxribat bizi gözləyir amma əsas məqsədimiz kiminsə qələbəmizə elementar kölgə salmasına imkan verməməkdir. Buna görə də sizə ləyaqətli və ədalətli qələbə diləyirəm Xobililər", - deyə Baş nazir əlavə edib.
ŞƏRH YAZ
7