Marneulidə bir ailə koronavirusa yoluxub
Kvemo-Kartli bölgəsinin Marneuli rayonunda koronavirusa yoluxma halları qeydə alınıb.
Bu barədə Aktual.ge xəbər portalına etibarlı mənbədən məlumat daxil olub.
Məlumata əsasən, Covid19-a yoluxan Marneuli sakini 29 yaşı var və o, SOCAR-ın Marneulidəki Gaz İdarəsində işləyir. Hazırda o, virusu yüngül keçirdiyinə görə elə öz evində müalicə olunur.
Digər adının açıqlanmağını istəməyən bir mənbə isə məlumat verib ki, Marneuli rayonunun Orjonikidze kəndində bir ailə koronavirusa yoluxub.
Mənbələr qeyd edib ki, hər iki yoluxma faktı təqribən 3 gün bundan əvvəl qeydə alınıb.
Marneulidə yerləşən "Aversi" klinikası və "Geo Hospital" xəstəxanası ilə əlaqə saxladıq. Hər iki tibb müəssisəsi bizdə koronavirus pasientlərinin olmadığını söyləyib.