Marneulidə bu məktəbin gürcü dili sektoru koronavirus səbəbindən bağlanıldı
18.10.2020 18:18
1295
Siyasət
A
Marneulidə bu məktəbin gürcü dili sektoru koronavirus səbəbindən bağlanıldı
Marneuli rayonunun Qasımlı kəndində yerləşən Qasımlı ictimai məktəbinin gürcü dili sektorunda bir müəllimdə koronavirus aşkarlandığına görə həmin məktəbin sözügedən sektoru 7-ci və 12-ci sinif şagirdləri üçün qapadılıb. Aktual.ge xəbər verir ki, bu haqda Qasımlı ictimai məktəbinin "Facebook" səhifəsində məlumat verilib. Məlumatda deyilir: "Gürcü sektorunun şagirdlərinin və valideyinlərin nəzərinə! Qasımlı ictimai məktəbinin gürcü sektorunun müəllimlərindən birində koronavirus aşkarlandığı üçün sabahdan etibar gürcü sektorunun VII - XII sinif şagirdləri 12 gün ərzində özünütəcrid rejimində olmalıdırlar. Həmin siniflərin şagirdləri dərslərinə 28 oktyabrdan etibarən davam edəcəklər".
ŞƏRH YAZ
3