Zaur Darğallı resurslardan istifadə etməyə davam edir - Busəfər müəllimlərlə görüşüb (FOTO)
18.10.2020 19:13
413
Siyasət
A
Zaur Darğallı resurslardan istifadə etməyə davam edir - Busəfər müəllimlərlə görüşüb (FOTO)
"Gürcü Arzusu"nun Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Zaur Darğallı restoranda məktəb və uşaq bağçası müəllimləri ilə görüşüb. Aktual.ge xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı xəbər yayıb. Sözegedən telekanalın xəbərinə görə, “Gürcü Arzusu” seçkiqabağı inzibati resurslardan istifadə edərək qanunu bir daha kobut şəkildə pozub. Görüş gizlin şəkildə keçirilib buna görə də hakim komanda nümayəndələri görüş yerinə gedən “Mtavari Arxi” telekanalının çəkiliş qrupunu aqressiv şəkildə qarşılayaraq oradan uzaqlaşdırmağa çalışıblar. “Hər bir şəxsin istədiyi insanlarla seçkqabağı görüşlər keçirə bilər. Biz də gördüyünüz kimi belə edirik. Burada olmaq hüququnuz yoxdur – şəxsən sən intriqansan!”- deyə Marneuli Bələdiyyəsi sədrinin köməkçisi Adil Əliyev "Mtavari Arxi" jurnalistinin niyə getməli olduqları ilə bağlı sualını cavblandırıb. Məlumat üçün qeyd edək ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər mövcuddur. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı bir siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə qadağandır. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsi namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplamaq və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara, iş vaxtı və ya xidməti vəzifələrini yerinə yetirən zaman seçkiöncəsi təbliğat apara bilməz.
ŞƏRH YAZ
13