Koronavirus aşkalanan Qasımlı məktəbində dərslər 1 günlük təxirə salınır
18.10.2020 20:19
2574
Sağlamlıq
A
Koronavirus aşkalanan Qasımlı məktəbində dərslər 1 günlük təxirə salınır
Bu gün müəllimlərindən birində koronavirusa yoluxma halı qeydə alınan Qasımlı ictimai məktəbində 19 oktyabr tarixində keçiriləcək dərsələr təxirə salınıb. Aktual.ge xəbər verir bu barədə Qasımlı ictimai məktəbinin rəsmi “Facebook” səhifəsində məlumat verilib. Məlumatda qeyd olunub: “ Koronavirusla bağlı yaranmış vəziyyətdən irəli gələrək 19 oktybar tarixində keçiriləcək bütün dərslər təxirə salınır. Verilən qərar şagirdlərimizin təhlükəsizliyi üçün nəzərdə tutulub. Sabah əlavə məlumat veriləcək”. Məsələ ilə əlaqədar portalımıza verdiyi mesahibə zamanı Marneuli Resusrs mərkəzinin sədri Kənan Ömərov məktəbin tamamən bağlanmasının hələ ki, nəzərdə tutulmadığını söyləyib. “Hələ ki, məktəbin bağlanmasına əsas yaradacaq bir təhlükə mövcud deyil. Koronavirusa yoluxan müəllimin dərs keçdiyi 7-12-ci siniflərdə dərslər online rejimdə keçiriləcək. Virusa yoluxan şəxs Marneuli sakinidir və Qasımlı ictimai məktəbi ilə yanaşı Şulaveri məktəbində də işləyir. Şulaveri məktəbində bu müəllimin dərs keçdiyi siniflər də eyni olaraq online dərs rejiminə keçəcəklər”, - deyə Kənan Ömərov bildirib. Qasımlı ictimai məktəbinin direktoru Mamer Mirzaev isə müsahibəsində sabah koronavirusa yoluxmuş müəllimlə ünsiyyətdə olan digər müəllimlərin testdən keçiriləcəyini bu səbəbdən də bir günlük dərslərin olmayacağını bildirib. Qeyd edək ki, bu gün Marneuli rayonunun Qasımlı ictimai məktəbinin gürcü sektorunda işləyən müəllimlərinin birində koronavirus aşkarlanıb.
ŞƏRH YAZ
2