Taksilərlə bağlı YENİ QƏRAR
31.03.2024 01:43
1455
Maraqlı
A
Taksilərlə bağlı YENİ QƏRAR

Tbilisi Şəhər Şurasının qərarına əsasən, şəxsi rahatlığı üçün taksi kimi işləmək və sərnişin daşımamaq üçün icazə alan sürücülərin vəsiqələri bir il müddətinə dayandırılacaq.

Aktual.ge xəbər verir ki, müvafiq qərarı hakim partiya ilə yanaşı, müxalifət də dəstəkləyib. 

“Dəyişikliklərin məqsədi ondan ibarətdir ki, “A” kateqoriyalı taksilərin müəyyən hissəsi üçün müəyyən edilmiş endirimdən yalnız taksi xidməti göstərən sürücülər yararlana bilsin” , - Tbilisi meriyası AzadlıqRadiosuna bildirib.

Məlumdur ki, sözügedən qərar qəbul edildikdən sonra Tbilisi meriyasının əməkdaşları və patrul polisi "BusLane"də hərəkət edən istənilən sürücünün həqiqətən sərnişin daşıyıb-daşımadığını yoxlaya biləcəklər. 

Yeni qərarın qəbulundan sonra Tbilisi meriyası və patrul polisi əməkdaşları "BusLane"də avtomobil idarə edən bütün sürücülərin taksi vəsiqəsi olmaqla yanaşı, onların həqiqətən sərnişin daşıyıb-daşımadığını yoxlaya biləcəklər.

ŞƏRH YAZ
6