Ərdoğan seçkinin nəticələrinə belə reaksiya verdi
01.04.2024 04:43
497
Dünya
A
Ərdoğan seçkinin nəticələrinə belə reaksiya verdi

"Türkiyədə yerli seçkilər ciddi insidentsiz və sakit şəraitdə keçib. Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik".

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada seçki günü ənənəvi balkon çıxışı zamanı deyib.

Türkiyə lideri fikrini belə davam etdirib:

"Bildiyiniz kimi, seçkilər demokratiyanın ən kritik günləridir. Millətin iradəsi seçki qutusunda özünü göstərir və öz sözünü qutuda deyir. Millət öz mesajını seçki qutusunda siyasətçiyə çatdırır, öz xəbərdarlığını və minnətdarlığını seçki qutusu vasitəsilə bildirir. 31 Mart bizim üçün son deyil, əslində dönüş nöqtəsidir. 31 Mart seçkilərində türk milləti yenidən sandıq başına mesajlarını siyasətçilərə çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə demokratiyamız və milli iradəmizdir. Seçki qutusunda iradəsini əks etdirən bütün vətəndaşlarıma ürəkdən təşəkkür edirəm.

Ümid edirəm ki, seçkilərin nəticələri ölkəmiz üçün faydalı olacaq. Martın 31-də keçirilən seçkilər son 22 ildə 18-ci imtahanımız oldu. Biz həmişə uğur qazanmışıq. Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik. Mən şəxsən son 2 ayda 52 müxtəlif şəhərdə olmuşam. Orada mitinqlər keçirdim. Mən xalqımla inteqrasiya etdim. Nəticə belə oldu. Baş verən hər şeydə bir xeyir var".

ŞƏRH YAZ
1