Kateqoriyalar
UEFA Prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına dəvət edib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məktubda qeyd olunub:
“Sizi UEFA adından 2024-cü il Avropa çempionatında UEFA-nın VIP proqramı çərçivəsində iştirak etməyə dəvət etmək fürsətinə malik olmaqdan çox məmnunam”.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Gürcüstan F qrupunda Potruqaliya, Çexiya və Türkiyə ilə qarşılaşacaq. Gürcüstan millisinin ilk oyunu iyunun 18-də Dortmundda keçiriləcək.